Qasımi: Brayan Hukun gülünc sözləri ABŞ-ın dünyada itirilmiş imicinin nişanəsidir
İran İslam Respublikası xarici işlər nazirliyinin sözçüsü ABŞ Dövlət Departamentində "İran Əməliyyat Qrupu"nun sədri Brayan Hukun son açıqlamasına reaksiya olaraq dedi: Bu gülünc sözlər onun dünyanın hazırkı vəziyyətini düzgün dərk edə bilməməsi habelə, ABŞ-ın dünyadakı kövrək və zəif mövqeyinin nişanəsidir.
ABŞ Dövlət Departamentində "İran Əməliyyat Qrupu"nun sədri Brayan Huk "Skay Nyus"a verdiyi müsahibədə İrana qarşı əsassız ittihamları bir daha təkrar edərək, dedi: Heç bir ölkə İrana qarşı sanksiyalardan istisna edilməyəcək.
Bəhram Qasımi cümə axşamı Brayan Hukun xəstə düşüncələrə malik bir insan olduğunu söyləyərək, dedi: Huk bir daha ağılsızlığı üzündən fikir bildirərək, İran xalqına qarşı düşmənçiliyini bəyan etdi.
Qasımı dedi: Huk və ABŞ hökuməti İran xalqına vurduqları zərər və ziyanlara habelə, bəşəriyyət əleyhinə yol verdikləri cinayətlərə görə məsuliyyət daşımalıdırlar.