Bir qrup Səudiyyə hərbçisi və muzdlusu həlak olub
https://azeri.sahartv.ir/news/Özəl-i339678-bir_qrup_səudiyyə_hərbçisi_və_muzdlusu_həlak_olub
Yəmənli qüvvələrin raket hücumunda bir qrup Səudiyyə hərbçisi və muzdlusu həlak olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 01, 2019 13:49 Asia/Baku

Yəmənli qüvvələrin raket hücumunda bir qrup Səudiyyə hərbçisi və muzdlusu həlak olub.

Bir yəmənli mənbənin bildirdiyinə görə, Ərəbistanın Nəcran vilayətində yerləşən bir hərbi bazanın bir ədəd "Zilzal 1" raketi ilə hədəfə alınması nəticəsində Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadiyə bağlı qüvvələrdən bir neçəsi habelə, bir qrup Səudiyyə hərbçisi ölüb və yaralanıb. 

Yəmənin Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, bir qrup səudiyyə muzdlusu da Ərəbistanın Əsir vilayətində habelə, Yəmənin Cəvf və Bəyza vilayətlərində gedən döyüşlərdə öldürülüb. 

Səudiyyə-Amerikan koalisiyası qırıcıları isə əməliyyat məntəqələrini bombardman etməklə təcavüzkar qüvvələri Yəmən ordusunun mühasirəsindən xilas etməyə çalışıblar.