May 17, 2019 07:07 Asia/Baku
  • UNICEF səud koalisiyasının  təcavüzünün başlanmasından bəri 7300 yəmənli uşağın öldürüldüyünü bildirib

BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF)-in icraçı müdiri dünən səud koalisiyasının təcavüzünün başlanmasından bəri 7300 yəmənli uşağın öldürüldüyünü bildirib.

Henrietta For Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Yəmən barədəki yığıncağında qeyd edib ki, hər gün Yəmən savaşında bir uşaq ölür və ya yaralanır və hər on dəqiqədən bir də pis qidalanma kimi qarşısı alına bilinən dəlillərə görə, bir uşaq həyatını itirir.

YUNİSEF-in icraçı müdiri bu yığıncaqda BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən yekdilliklə yəmənli uşaqlara dəstək vermələrini istəyib.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Teqlər