Ruhani: İran ABŞ ilə mübarizə meydanında qalibdir
May 26, 2019 14:42 Asia/Baku
İran İslam Respublikası prezidenti şənbə günü axşam bir qrum media təmsilçisi ilə görüşdə ABŞ-ın İran İslam Respublikasına olan siyasi və iqtisadi təzyiqlərinə işarə edib və deyib: İran xalqı heç vaxt təzyiqlərə təslim olmayıb və olmayacaq.
Prezident Administrasiyasının rəsmi internet saytının bildirdiyinə görə, prezident Həsən Ruhani bu görüşdə ABŞ-ın İranı təslim olmağa məcbur edə bilməyəcəyini deyərək, əlavə edib: İran İslam Respublikası ABŞ ilə mübarizədə qələbə çalacaq.
İran prezidenti daha sonra ABŞ-ın nüvə anlaşmasından çıxmasına işarə edərək, dedi: Bu gün bütün dünya ölkələri və beynəlxalq təşkilatlar ABŞ-ın qanunsuz olaraq nüvə anlaşmasından çıxdığı üçün qınayır.