“Paşinyanın vurulması çağırışını etməmişəm” - Deputatdan təkzib
https://azeri.sahartv.ir/news/Özəl-i341668-paşinyanın_vurulması_çağırışını_etməmişəm_deputatdan_təkzib
Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2019 09:39 Asia/Baku
  • “Paşinyanın vurulması çağırışını etməmişəm” - Deputatdan təkzib

Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.

Azərbaycan Respublikası Milli Məclisin deputatı Aydın Mirzəzadə təkzib mətni ilə çıxış edib.

Təkzibdə deyilir: “Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistan baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm. Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib çıxarda bilər.