Fələstinli qrup işğalçılara: Odla oynamayın!
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi xəbərdarlıq edib ki, sionist rejimin Məsciduləqsadakı təcavüzkar hərəkətlərinin şiddətlənməsi odla oyun və sionist sağçıların vəziyyətdən siyasi bəhrələnmələri sayılır.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi dünən vurğulayıb: İşğalçı rejimin yüzlərlə hərbçisinin Məsciduləqsaya basqını, rezin güllələrin atılması, gözyaşardıcı qazın buraxılması, fələstinli etikafedənlərin döyülmələri işğalçıların Məsciduləqsanı yəhudiləşdirmək üzrə gündəmə gətirdikləri yeni bir gərginlik tədbiridir.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi əlavə edib: Qüdsdə və Məsciduləqsada baş verənlər odla oyundur ki, vəziyyətin alovlanması və böhranlı olması ilə nəticələnəcək və yalnız Qüds və qərb sahili ilə məhdudlaşmayacaqdır.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin bəyanatında deyilir: Məsciduləqsaya sionist təcavüzlər sionist siyasi sistemin daxili böhranından ayrı deyildir və sionist rejimin cinayətkar baş naziri Benyamin Netanyahu Qüds, əsirlər və İran kimi dosyalardan istifadə yolu ilə öz qədim siyasətlərinə qayıdıbdır ki, bununla gələcək seçkilərdəki yerini qoruyub saxlamış olsun.
Mindən çox sionist qəsəbə sakini bu rejim hərbçilərinin dəstəyi ilə dünən Məsciduləqsaya basqın edibdir. Onlar fələstinli namazqılanları yatıraraq, həbs ediblər. Bu toqquşmalarda azı 45 fələstinli yaralanıbdır.