Ruhani: Amerika region və dünya sabitliyi üçün ciddi bir təhdidə çevrilibdir
İran İslam Respublikasının prezidenti deyib: Amerika iqtisadi, maliyyə və hərbi imkanlardan istifadə edib, hücumçu bir münasibət seçərək, region və dünya sabitliyi üçün ciddi bir təhdidə çevrilibdir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitina üzv ölkələrin 19-cu sammitində əlavə edib: İfratçılıq, təkvektorluluq, regionaşırı ölkələrin digər ölkələrin daxili işlərinə qarışmaları dünya ictimaiyyətini təhlükəli vəziyyətdə qoyubdur ki, bu da bütün dünya ölkələrinin maraqları, təhlükəsizlikləri və stabilliklərini hədələyə bilər.
Ruhani İranın İraq və Suriyada İŞİD terror qrupu ilə mübarizəsini xatırladaraq, deyib: İran İraq və Suriyada sülh naminə vuruşdu. Əfqanıstanda BMT ilə anlaşmada ekstremizmlə döyüş üçün səmərəli rol oynadı və haızrda Yəməndə sülhün bərqərarı üçün əlindən gələni edibdir.
İranın icra hakimiyyətinin sədri bildirib ki, daim bütün qonşuların İranla ikitərəfli və regional həmkarlıqları və dialoqları üçün qapılar açıqdır. O, deyib: Təkvektorluluq problemlə üzləşdirilməlidir, zira terrorizm, ekstremizm və narkotik maddələr qaçaqmalçılığı çoxvektorluluğu bir zərurətə çeviribdir.
İran İslam Respublikasının prezidenti həmçinin nüvə anlaşmasını çoxvektorlu diplomatiyanın mühüm nailiyyəti adlandırıb və belə vurğulayıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın bu anlaşmaya sadiq qalmasına dair on beş hesabatına və Amerikanın bu anlaşmadan birtərəfli şəkildə çıxmasına əsasən, İran nüvə anlaşması çərçivəsində bu anlaşmada qalmış digər üzvlərdən istəyir ki, tez bir zamanda İran İslam Respublikasının nüvə anlaşmasının iqtisadi maraqlarından bəhrələnməsi üzrə öhdəliklərinə əməl etsinlər.
Şanxay Əməkdaşlıq Təşkilatının 19-cu zirvə toplantısı bu gün Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan və İran olmaq üzrə 11 ölkənin iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə işə başlayıb.