General Hacızadə: Milli təhlükəsizlik İran silahlı qüvvələrinin qırmızı xəttidir
https://azeri.sahartv.ir/news/Özəl-i342868-general_hacızadə_milli_təhlükəsizlik_İran_silahlı_qüvvələrinin_qırmızı_xəttidir
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı Amerikanın casusluq pilotsuzunun İranın hava məkanına təcavüz etməsinə toxunaraq, vurğulayıb: Milli təhlükəsizlik İran silahlı qüvvələrinin qırmızı xəttidir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 22, 2019 07:53 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı Amerikanın casusluq pilotsuzunun İranın hava məkanına təcavüz etməsinə toxunaraq, vurğulayıb: Milli təhlükəsizlik İran silahlı qüvvələrinin qırmızı xəttidir.

Verilişin müddəti :  00:01:37

Tarix :       22-06-2019

 

----------------------------------------------------------------------------------------------------

 

Briqada generalı pasdar Əmir Əli Hacızadə bu gün İranın 1-ci telekanalının xəbər bölməsilə müsahibədə Amerikanın casusluq pilotsuzunun İran sərhədlərinə təcavüz etməsi haqda deyib: Cümə axşamı saat 00:14 dəqiqədə Amerikanın bir ədəd casusluq pilotsuzu əmirliklərin bazalarından birindən havaya qalxır və uzun yol keçdikdən sonra səhər saat dörddə İranın ərazi sularına daxil olur.

General Hacızadə bildirib ki, İran iki etapda bir neçə dəfə Amerikanın bu casusluq pilotsuzuna xəbərdarlıq etdi. O, əlavə edib: İran sonuncu dəfə saat 03:55 dəqiqədə bu casusluq pilotsuzuna xəbərdarlıq etdi və İranın ərazi sularına yaxınlaşmaqdan vaz keçmədikdə saat 04:05 dəqiqədə bu PUA hədəfə alındı.

İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı söyləyib: Bu gün İranın ərazi sularında üzən halda olan Amerikanın bu casusluq pilotsuzunun tikələri Tehrana köçürülübdür.

General Hacızadə vurğulayıb: İranın silahlı qüvvələri İran İslam Respublikası ölkəsinin regionaşırı ölkələrin və düşmənlərin meydan sulama məkanına çevrilməsinə icazə verməyəcəklər.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.