Hörmüz boğazı təcavüzkarların həmişəlik qəbiristanlığıdır
https://azeri.sahartv.ir/news/Özəl-i342869-hörmüz_boğazı_təcavüzkarların_həmişəlik_qəbiristanlığıdır
Tehranın cümə namazı xitabətçisi Amerikanın casusluq pilotsuzunun İranın hava məkanına təcavüz etməsinə toxunaraq, vurğulayıb: Amerikalı rəsmilər bilsinlər ki, Hörmüz boğazı təcavüzkarların həmişəlik qəbiristanlığıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2019 07:57 Asia/Baku

Tehranın cümə namazı xitabətçisi Amerikanın casusluq pilotsuzunun İranın hava məkanına təcavüz etməsinə toxunaraq, vurğulayıb: Amerikalı rəsmilər bilsinlər ki, Hörmüz boğazı təcavüzkarların həmişəlik qəbiristanlığıdır.

Verilişin müddəti :  00:01:45

Tarix :       22-06-2019

 

----------------------------------------------------------------------------------------------------

 

Höccətulislam Mohəmməd Cəvad Hac Əli Əkbəri Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, Ağ Ev başçıları Amerikanın casusuluq pilotsuzunun vurulmasından sonra əl-ayağa düşüblər. O, əlavə edib: Amerika prezidenti öncə bu pilotsuzunun vurulduğunu təkzib etdi, sonra isə təsdiq etdi; bu da onun sərsəm və komik olduğunu göstərir.

Höccətulislam Hac Əli Əkbəri İranın heç vaxt müharibəni başlayan tərəf olmayacağını vurğualyaraq, deyib: Əgər düşmənlər İrana qarşı savaşa başlasalar, bu savaşın bitməsi onların əlində olmaycaqdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin İranın müdafiə qüdrətinə toxunaraq deyib: İran düşmənlərin təhdidləri ilə mübarizə üçün yüksək önləyicilik qüdrətinə malikdir, buna görə, amerikalılar öz hərəkətlərinə nəzarət etməlidirlər.

Höccətulislam Hac Əli Əkbəri vurğulayıb ki, Amerika İran İslam Respublikasının hava məkanına təcavüz etdiyi üçün İran xalqından üzr istəməlidir. O, Amerikanın bu hərəkətinin beynəlxalq təşkilatlarda izlənilməsi vacibliyini vurğulayıb.

Tehranın cümə namazı xitabətçisi bildirib ki, bölgədəki mürtəce rejimlər Amerikadan silah almaq üzrə öz axmaq hərəkətlərinə son qoymalıdırlar. O, deyib: Bölgədəki mürtəce rejimlər görsünlər ki, Amerika rəsmilərinin dediklərinə görə, bu ölkənin ən modern pilotsuzlarından, həmçinin izlənilməz və kəşfolunmaz olan Amerikanın casusluq pilotsuzu necə tam İran məhsulu olan zenit raket sisetemi tərəfindən hədəfə alınaraq, vuruldu.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.