Tramp G20 zirvəsinin sonunda mətbuat konfransı verib
Amerika prezidenti iyirmilər qrupunun Yaponiyanın Osaka şəhərində keçirilən zirvə toplantısı başa çatandan sonra müxbirlər qarşısına çıxaraq, onların suallarını cavablandırıb.
Donald Tramp Türkiyənin Rusiyadan S-400 sistemini satın alması barədəki sualın cavabında deyib: Əgər Ankara Rusiyadan S-400 raket sistemini satın almağa israr edərsə, sanksiya ilə üzləşəcək.
Amerika prezidenti Çin prezidenti Si Tsinpin ilə görüşünə işarə edərək, deyib: Pekinlə ticarət müzakirələri davam edəcək və mən öhdəlik götürmüşəm ki, Çindən idxal olunan əmtəə mallarına tarifləri artırmayam. Amma öncəki rüsumları ləğv etməyəcəyəm.
O, bir daha ölkəsinin Çin ilə ticarət mübadiləsini ədalətsiz adlandırıb.
Tramp bu mətbuat konfransının digər bir hissəsində Cənubi Koreyaya ikigünlük səfərindən xəbər verib və bildirib ki, ola bilsin, iki Koreya arasındakı sərhəd məntəqəsində Şimali Koreyanın rəhbəri ilə görüşərək, danışıqlar aparsın.
Amerika prezidenti Yaponiyanın Osaka şəhərində keçirilən iyirmilər qrupunun sammitinin sonunda təşkil etdiyi mətbuat konfransının davamında Rusiya prezidenti Vladimir Putindən istəyibdir ki, Suriyanın İdlib şəhərindəki hərbi əməliyyatları azaltsın.
Rusiya prezidenti Vladimir Putin də iyirmilər qrupunun sammiti başa çatandan sonra keçirdiyi mətbuat konfransında deyib: Biz Suriya barədə amerikalılarla ardıcıl əlaqədəyik və onlarla meydan koordinasiyasına malikik. Bizim Türkiyə ilə əməkdaşlığımız amerikalılarla həmkarlıqdan daha yaxındır.
Rusiya prezidenti Amerikanın Rusiyaya qarşı daha artıq sanksiyalar tətbiq etməsi ehtimalı barədəki sualın cavabında bildirib ki, əlaqələrin qurulması tərzi barədə qərar çıxarmaq Amerikanın üzərinə düşür.