İyun 30, 2019 13:10 Asia/Baku

ABŞ prezidenti Donald Trampın 20-lər qrupu sammitinin kənarında İspaniyanın baş naziri Pedro Sançes ilə təhqiredici rəftarı bu ölkə medialarının hiddətinə səbəb olubdur.

Verilişin müddəti :  00:01:08

Tarix :       30-06-2019

 

----------------------------------------------------------------------------------------------------

           

İspaniyanın çoxtirajlı qəzetlərindən sayılan El-Pais qəzeti Trampın bu hərəkətini "ələ salma", El-Periodiko qəzeti isə "çirkin hərəkət" adlandırıblar.

ABŞ prezidenti Donald Tramp 20-lər qrupunun iclaslarından birinin başlanmasından öncə İspaniyanın baş naziri Pedro Sançes ilə söhbətini dərhal kəsib.

Bu iclas barədə yayılmış təsvirlər göstərir ki, Tramp işarə ilə Sançesin stulunu ona göstərir ki, öz yerində otursun və Sançes də təbəssüm edərək, onun göstərişini yerinə yetirir.

Bununla bağlı, İspaniyadakı siyasi müşahidəçilər Trampın İspaniyanın baş naziri ilə rəftar tərzi və jestini təhqiredici adlandırıblar.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər