Ruhani Tunis prezidentinin vəfatı münasibətilə başsağlığı verib
İyul 26, 2019 22:14 Asia/Baku
İran İslam Respublikasının prezidenti Tunis prezidentinin vəfatı münasibətilə bu ölkənin hökuməti və xalqına başsağlığı verib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tunisin müvəqqəti prezidenti Muhəmməd Əlnasirə müraciətdə bu ölkənin prezidenti Əl-Baci Qaid əs-Səbsinin vəfatı münasibətilə Tunisin hökuməti və xalqına başsağlığı verib.
Tunis prezidenti Əl-Baci Qaid əs-Səbsi dünən xəstəlik nəticəsində 93 yaşında vəfat edib.
1990-cı ildən 1991-ci ilədək Tunisin parlament sədri və 2011-ci ildə baş naziri olmuş əs-Səbsi 2014-cü ildən bəri bu ölkənin prezidenti idi.