Avq 02, 2019 22:19 Asia/Baku
  • Ruhani: İran xalqı Amerikanın təzyiqləri ilə təslim olmayacaq

İran İslam Respublikasının prezidenti deyib: Dünya bu nəticəyə gəlibdir ki, İran xalqı Amerikanın təzyiqləri ilə təslim olan bir xalq deyil; İran xalqı olduqca böyük və iradəli bir xalqdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən Təbrizdə Şərqi Azərbaycan vilayətinin idarə şurasının iclasında Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasına və İrana qarşı təzyiqlərin artmasına işarə edərək, əlavə edib: Nüvə anlaşması əgər gələn ildək qalarsa, BMT-nin İrana qarşı bütün silah sanksiyaları tam şəkildə aradan qaldırılacaqdır.

İran İslam Respublikasının prezidenti söyləyib: Nüvə anlaşması siyasi və hüquqi baxımdan İran üçün olduqca önəmlidir. Zira BMT bu beynəlxalq anlaşmaya söykənərək, İranın nüvə zənginləşdirməsini rəsmən tanıyıbdır.

Ruhani belə bir halda əlavə edib: İranla ziddiyyəti olanlar, xüsusən sionistlər, səudiyyə ərəbistanı və Amerika ekstremistləri nüvə anlaşmasına dözə bilmədilə. Onlar özlərinin bu anlaşma ilə müxalifətlərini açıq şəkildə elan edirlər. Etiraf edirlər ki, bu anlaşma yüz faiz İranın xeyrinədir.

İran İslam Respublikasının prezidenti vurğulayıb: İran nüvə anlaşmasının mənafelərindən bəhrələnməzsə və bu anlaşmada qalmış tərəflər öz öhdəliklərinə əməl etməzlərsə, İran öz öhdəliklərini addımbaaddım azaldacaq və dünyaya sübut edəcəkdir ki, İran çoxlu sayda həll yoluna malikdir.

İran prezidenti Həsən Ruhani dünən bir neçə abadlıq layihəsini istifadəyə vermək məqsədilə dünən Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizə daxil oldu.

 

Teqlər