Avq 17, 2019 17:55 Asia/Baku

Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 70-ci cüməsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində azı 63 nəfərin yaralanmasından xəbər verib.

Fələstin Səhiyyə Nazirliyi cümə günü gecə bildiribdir ki, yaralılar arasında 17 uşaq və üç qadın var.

"Qayıdış haqqı" yürüşü cümə günü "Fələstinli gənclər" adı altında keçirilib.

Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən onlara qarşı hərbi güllədən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir. 

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 310-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

Bir çox ölkələr o sıradan İran İslam Respublikası eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər. 

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.

Teqlər