Əhli-Beyt(ə) sevərlər Ərbəin mərasimində geniş surətdə iştirak edəcəklər
https://azeri.sahartv.ir/news/Özəl-i350469-Əhli_beyt(ə)_sevərlər_Ərbəin_mərasimində_geniş_surətdə_iştirak_edəcəklər
Hüseyn(ə) Ərbəininə beş gün qalır. Əhli-Beyt(ə) sevərlərin Ərbəin mərasimində geniş iştirakı barədə xəbərlər daxil olur.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 15, 2019 09:23 Asia/Baku
  • Əhli-Beyt(ə) sevərlər Ərbəin mərasimində geniş surətdə iştirak edəcəklər

Hüseyn(ə) Ərbəininə beş gün qalır. Əhli-Beyt(ə) sevərlərin Ərbəin mərasimində geniş iştirakı barədə xəbərlər daxil olur.

Məhərrəm ayının əvvəlindən bəri üç milyon 200 min nəfərdən çox nəfər SƏMAH saytında qeydiyyatdan keçib və bir milyon 823 min nəfərə pasport verilibdir.

Həmçinin məhərrəm ayının əvvəlindən bəri iki milyon 887 min nəfər İraqa göndərilibdir.

İraqda nəqliyyat vasitələri çatışmazlığını aradan qaldırmaq üçün İrandan İraqa 750-dən çox avtobus göndərilib. 281 avtobus da "sıfır" sərhəd nöqtəsində İraq tərəfindən daxil olmaq icazəsini gözləyir.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, təqribən on dörd milyon zəvvar, o cümlədən iki milyondan çox iranlı ötən il dünyada ən iri dini toplantı olan Hüseyn(ə) Ərbəini yürüşündə iştirak etdi.