Avstriyada 52-ci beynəlxalq xeyriyyə festivalı keçirilib
52-ci beynəlxalq xeyriyyə festivalı İran İslam Respublikasının səfirliyi daxil olmaqla müxtəlif ölkələrin səfirliklərinin nümayəndələrinin iştirakı ilə Vyanada keçirilib.
BMT-nin Vyanada keçirilən beynəlxalq bazar festivalı ehtiyaclı uşaqlara yardım məqsədilə təşkil olunub. Festivalda İran daxil olmaqla dünyanın səksən ölkəsindən müxtəlif məhsullar, o sıradan qida maddələri nümayiş etdirilib.
M.Q- Bu xeyriyyə bazarında bütün dünyadan 47 əl işləri sənayesi və 47 qida maddələri pavilyonu iştirak edir. 52 ildir ki, biz bu xeyriyyə bazarını Vyanada keçiririk. Bütün dünyada ehtiyaclı uşaqlar üçün altı milyon avrodan çox vəsait xərcləmişik.
Bu festivalın çox tərəfdarı olan İran pavilyonunda püstə, ənənəvi şirniyyatlar və əl işləri sənayesi məhsulları təqdim olunur və festivala gələnlər tərəfindən böyük rəğbətlə qarşılanır.
M.Q- Həmişəki kimi insanlar İran incəsənəti ilə çox maraqlanırlar. Hamı İran şirniyyatı, zəfəranı, xurması, püstəsi və əl işlərini axtarır. Soruşur və rəğbətlə qarşılayırlar.
Bu beynəlxalq festivaldan əldə olunan gəlirlər dünyanın müxtəlif ölkələrində uşaqların içməli su ilə təmini, zəlzələdən zərərçəkənlər, çətin xəstəliklərin müalicəsi və məktəb inşasına xərclənir.
Uşaqlara kömək məqsədilə keçirilən BMT-nin xeyriyyə festivalı avstriyalıların dünyanın səksəndən çox ölkəsinin mədəniyyəti ilə tanış olmaları üçün münasib bir fürsətdir.