Noy 26, 2019 01:43 Asia/Baku

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vurğulayıb: Mədəni ortaqlıqlar və şərqi xislət və maraqlar bizi İran İslam Respublikası ilə daha artıq əməkdaşlıqlara təşviq edir.

Natəvan Qədimova İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyni ilə görüşdə bu mətləbi elan edib. O, öz fəaliyyət sahələrini sadalayaraq, İran İslam Respublikası, xüsusən İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərilə həmkarlığı çox sayda ortaq zəminlərə və marağa əsasən, önəmli adlandırıb.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu özünün gələcəkdə qarşılıqlı həmkarlıqları irəlilətmək üzrə hazırlığını elan edib. O, mədəniyyət və incəsənət proqramlarının icra olunmasını İran İslam Respublikası və Azərbaycan Respublikası, o cümlədən Naxçıvan əhalisinin istək və maraqları istiqamətində adlandırıb.

 

 

 

Teqlər