İran prezidentinin Yaponiya səfəri Azərbaycan R. medialarında
İran prezidenti Həsən Ruhaninin Yaponiyaya səfəri və bu ölkənin baş naziri Şinzo Abe ilə görüşü Azərbaycan Respublikası medialarında geniş şəkildə işıqlandırılıb.
Rusdilli “Haqqın.az” xəbər portalı “Ruhani Amerikanın nüvə anlaşmasından çıxmasını pislədi” başlıqlı bir reportajda yazıb ki, İran prezidenti Yaponiyaya səfərdə ABŞ-ın 2015-ci ildə əldə olunmuş nüvə anlaşmasından birtərəfli şəkildə çıxmaq üzrə hərəkətini pisləyib və Yaponiya ilə digər ölkələrin bu anlaşma ilə bağlı himayələrini yüksək dəyərləndirib.
Azərbaycan Respublikasının rəsmi AzərTac informasiya agentliyi də bir reportajda yazıb ki, tərəflər Yaxın Şərq bu bölgədə, eləcə də Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi barədə danışıblar və Yaponiyanın hərbi qüvvələrinin Hörmüz boğazının yaxınlığındakı sulara göndərilməsi nəzərdən keçirilibdir.
“Report” xəbər portalı yazıb: İran prezidentinin Yaponiya səfəri bu ölkənin baş nazirinin bir müddət öncə Tehrana olmuş səfərindən sonra reallaşıbdır.
“Salam Nyus” informasiya portalı da bir reportajda İran prezidentinin Malayziya səfərindən sonra Yaponiyaya getdiyini bildirib. “Salam Nyus” yazıb ki, nüvə anlaşması ilə bağlı son vəziyyət İrana qarşı sanksiyaların tətbiqi və bu sanksiyalara rəğmən, İran neftinin Yaponiyaya ixracının bərpası Ruhani və Abenin görüşündəki başlıca mövzulardan olubdur.
ATV, ARB, Space, İctimai TV telekanalları da öz reprtajlarında İran prezidentinin Yaponiya səfərini və bu ölkənin baş naziri ilə görüşünü işıqlandırıblar.