Yan 10, 2020 20:11 Asia/Baku
  • General Soleymani təhlükəsizlik yaradan bir şəxs idi
    General Soleymani təhlükəsizlik yaradan bir şəxs idi

Tehranın cümə namazı xitabətçisi Sepah-ın Qüds qüvvələrinin komandanını təhlükəsizlik və sülh yaradan bir şəxs adlandırıb.

Höccətulislam Mohəmməd Cəvad Hac Əli Əkbəri Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin şəhadətinə işarə edərək, deyib: Ötən həftə İranın, regionun və digər islami ölkələrin atmosferi ilahi təqvaya qərq olmuşdu.

Hac Əli Əkbəri bildirib ki, general Soleymaninin xas özəlliyi, ilahi təqva idi. O, əlavə edib: Bu böyük sərkərdə bölgəni İŞİD-dən təmizlədi və Qərbi Asiyada təhlükəsizliyi yüksəldərək, müqavimət mədəniyyətini region səviyyəsində yaydı.

Tehranın cümə namazı xitabətçisi söyləyib: Müqavimət mehvərində general Soleymaninin strateji miqyası ilə İslami İranın təhlükəsizliyi təmin edildi. Beynəlxalq təhlükəsizlik də yüksəldi. Bu təhlükəsizlik fəal müqavimətin məhsuludur.

Teqlər