Yan 11, 2020 20:32 Asia/Baku
  • Rusiya və Amerika hərbi gəmilərinin qarşıdurması

Amerikanın dəniz qüvvələri dünən bildirib ki, bu ölkənin bir hərbi gəmisi Ərəb dənizində “hücum” formasında bu gəmiyə yaxınlaşan bir rus gəmisi ilə toqquşmanın qarşısını çox çətinliklə alıb.

Amerikanın beşinci dəniz donanması bir açıqlamada bildirib ki, “USS Abrahaam Linkoln” aviadaşıyıcı qrupuna daxil olan “USS Faraqot” esminesi cümə axşamı günü Ərəb dənizində adi patrul keçərkən bir rus esminesi təhlükəli şəkildə ona yaxınlaşdı.

Bu açıqlamada əlavə edilir: “USS Faraqot” esminesi beş dəfə dəniz xəbərdarlıq əlaməti olan təhlükə siqnalını beş dəfə səsləndirməyə məcbur olub ki, çox yaxın məsafəyədək yaxınlaşmış rus gəmisi öz istiqamətini dəyişsin.

Amerikanın dəniz qüvvələri əlavə edib: Rus gəmisi öncə öz istiqamətini dəyişməkdən imtina etdi, amma nəhayət yolunu düzəltdi və iki gəmi bir-birindən uzaqlaşdı. Hərçənd rus gəmisi sonda lazım olan tədbirləri gördü, ancaq hücum formasında yaxınlaşma zamanı beynəlxalq dənizçilik qaydalarına riayətdən öncəki ilkin təxir toqquşma ehtimalını təhlükəli dərəcədə artırdı.

Fars Körfəzi, Qırmızı dəniz, Ərəb dənizi və Hind okeanının bir hissəsini əhatə edən Amerikanın beşinci dəniz donanması tvitter-də bu hadisə barədə bir video yerləşdirib. Bu videoda görünür ki, rus gəmisi uzaq məsafədən sürətlə “USS Faraqot”a yaxınlaşır. Belə ki, belə görünür ki, onunla toqquşacaq, lakin son saniyələrdə öz istiqamətini dəyişir.

Rusiyanın Müdafiə Nazirliyi də Amerikanın dəniz qüvvələrinin bu açıqlamasına cavabda rus gəmisinin Amerika gəmisinə hücumla yaxınlaşmasını təkzib edib və bildirib ki, amerikan gəmi rus gəmisinin marşrutundan keçib və qeyri-peşəkar və beynəlxalq dənizçilik qaydalarına zidd bir addım atıbdır.

Rusiyanın Müdafiə Nazirliyi bu hərəkəti beynəlxalq qaydaların qəsdən pozulması adlandırıb.

Teqlər