Amerikalı qadınlar Trampa qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/Özəl-i356289-amerikalı_qadınlar_trampa_qarşı_aksiya_keçiriblər
Amerikalı qadınlar dördüncü il dalbadal bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə qarşı aksiya keçririblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 19, 2020 09:31 Asia/Baku
  • Amerikalı qadınlar Trampa qarşı aksiya keçiriblər
    Amerikalı qadınlar Trampa qarşı aksiya keçiriblər

Amerikalı qadınlar dördüncü il dalbadal bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə qarşı aksiya keçririblər.

Yüz minlərlə amerikalı qadın Nyu-York və Vaşinqton şəhərlərində müxtəlif məsələlərə,  o sıradan qadınların siyasi hüquqlarının tapdanması, iqlim vəziyyəti, bərabər hüquqların yoxluğu və mühacirət məsələsinə etiraz olaraq, aksiya keçirib.

Amerikalı qadınların etiraz yürüşü yerli vaxtla şənbə günü bu ölkənin 180-dən çox şəhərində keçirilib.

Trampın Ağ Ev-ə gəldiyi zamandan bəri Amerika xalqının müxtəlif təbəqələri, o cümlədən qadınlar onun ayrı-seçkilik siyasətlərinə etiraz edirlər.

Donald Trampın siyasətləri, fərmanları, bəzi hallarda ədəbsiz sözləri  və qalmaqallı rəftarları Amerika xalqının prezidentliyi ona layiq bilməməsinə zəmin yaradıbdır.