ABŞ konqresində Trampa qarşı 2 layihə qəbul olunub
ABŞ konqresinin nümayəndələr palatası dünən Trampa qarşı 2 layihə qəbul edib. Bu layihələr bu ölkə prezidenti Donald Trampın İrana qarşı hərbi ixtiyarlarının azaldılmasını istəyir.
Birinci layihə “İranla müharibə etməmə qanunu” adlanır. 175 əleyhinə səs qarşılığında 228 lehinə səslə qəbul olunan bu layihədə İrana qarşı hərbi addım üçün lazım olan maliyyə mənbələrinin təmin edilməsinin qarşısının alınması istənilir.
Kaliforniya ştatından olan demokrat nümayəndə Ru Kana bu layihəni təqdim etmişdi.
Kaliforniyadakı 13-cü seçki dairəsinin nümayəndəsi, demokrat partiyasından olan Barbara Li tərəfindən təqdim edilmiş ikinci layihə isə Trampın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin terroruna icazənin verilməsi üçün istifadə etdiyi 2002-ci ildə qəbul edilmiş bir qanunun ləğvini istəyir.
Amerikanın ozamankı hökuməti bu qanundan istifadə edərək, 2003-cü ildə İraqa hücum etdi.
Bu layihə də 166 əleyhinə səs qarşılığında 236 lehinə səslə qəbul olunub.
ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi bu layihələrin qəbul olunmasından sonra deyib: Amerika konqresinin üzvləri prezidentin İran İslam Respublikası ilə düşmənçilik etmək üzrə qərarı və İran qarşısında heç bir strategiyaya malik olmamasından ciddi şəkildə nigarandırlar.