Yan 31, 2020 19:18 Asia/Baku
  • AR və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsi haqda danışıblar
    AR və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsi haqda danışıblar

Azərbaycan Respubikası və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Cenevrə şəhərində Qarabağ münaqişəsinin həll yolu prosesi haqda danışıblar.

Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrin davam etdirilməsi üçün ATƏT-in vasitəçi Minsk qrupunun amerikan, rus və fransız həmsədrləri ilə qarşıdakı görüşləri barədə razılığa gəliblər.

Tərəflər dünən keçirilən görüşdə iki ölkə vətəndaşlarının sülhə hazırlanmaları və Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yollarını araşdırıblar.

 

 

Teqlər