“Əsrin sövdələşməsi” mütləq uğursuz qalacaq
Tehranın cümə namazı xitabətçisi amerikan “əsrin sövdələşməsi” planını pisləyib. Deyib ki, bu sövdələşmə mütləq uğursuz qalacaq.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü axşamçağı sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı rasist “əsrin sövdələşməsi” planını təqdim etdi.
Qüdsün sionist rejimin paytaxtı kimi tanınması, qərb sahilinin otuz faizinin bu saxta rejimə verilməsi, fələstinli didərginlərin Fələstinə geri dönmələrilə müxalifət və Fələstinin tam şəkildə tərkisilah edilməsi bu biabırçı planın ən mühüm maddələrindəndir.
Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazının xütbələrində sonra bildirib ki, “əsrin sövdələşməsi” planı əslində əsrin rüsvayçlılığı, əsrin zilləti və əsrin xəyanətidir. O, vurğulayıb: “Əsrin sövdələşməsi” bəzi ərəb hökumətlərinin xəyanətlərinin məhsuludur, amma heç bir fitnə və xəyanət Fələstin xalqının hüquqlarını poza bilməz.
Ayətullah Movəhhedi Kermani bildirib ki, dünya azadlıqsevərləri “əsrin sövdələşməsi” planını pisləyiblər. Qeyd edib ki, müqavimət, Amerikanın belini sındıracaq və Fələstin azad olacaqdır.
Tehranın cümə namazı xitabətçisi daha sonra bildirib ki, düşmənlər müqaviməti tərkisilah etmək istəyirlər. Vurğulayıb ki, amerikalılar bu arzunu qəbirə aparacaqlar.
Tehranlı namazqılanlar da öz şüarlarında anti-Fələstin “əsrin sövdələşməsi” planını pisləyiblər. Onlar Fələstin xalqına öz dəstəklərini bildiriblər.