Tramp qeyri-düzgün və yalan məlumatlar verir
ABŞ konqresinin nümayəndələr palatasının sədri, qeyri-düzgün və yalan xəbər və məlumatlar verdiyinə görə, bu ölkənin prezidentini tənqid edib.
CNN telekanalı xəbər verib: Nensi Pelosi deyib: Bu bir dəhşətdir ki, prezident Amerika konqresindən öz real şousu üçün bir vasitə kimi istifadə və reallığa əsla uyuşmayan bir baxışı təlqin edir. Bu bir dəhşətdir ki, eşidirik, prezident deyir ki, ucuz qiymətli sığortanın nəzərdə tutulduğu əlil şəxslərə malik olan azı bir milyon ailə üçün ayrılmış məziyyətləri himayə edib, amma həqiqət burasındadır ki, onu aradan götürmək üçün əlindən gələni etdi və biz bu maraqları qorumaq üçün məhkəmədə onunla mübarizə aparırıq. İnformasiyaların bu cür qeyri-düzgün təqdimatı dəhşətlidir və aydındır ki, qeyri-düzgündür.
Röyters ilə İpsos şirkətinin birgə rəy sorğusu göstərdi ki, Amerika xalqının 48 faizinin qənaətinə görə, senat Trampı qorudu. Amerika xalqının yalnız 43 faizi Trampın senat tərəfindən bəraət qazanmasına dəstək verir.