Suriya və İraqda 27 min xarici terrorçu var
Noy 29, -0001 23:34 Asia/Baku
BMT-nin terrorizmlə mübarizə idarəsinin rəisi bildirib ki, Suriya və İraqda təqribən 27 min xarici terrorçu var.
Vladimir Voronkov bununla bağlı qeyd edib ki, dünya ictimaiyyəti sayıq olmalı və terror qrupları ilə mübarizədə müttəfiq şəkildə hərəkət etməlidirlər.
BMT-nin terrorizmlə mübarizə idarəsinin rəisi həmçinin xəbərdarlıq edib ki, İŞİD terror qrupu Suriya və İraqda öz qüdrətini bərpa etməyə can atır.
Suriya və İraq orduları son zamanlar İranın hərbi məşvərətləri və Rusiyanın himayəsilə İŞİD terror dəstəsinin bu iki ölkədəki iştirakına son qoya bildilər.
Digər terror dəstələri də məğlub olmaqdadırlar.
Teqlər