100-dən çox demokrat konqresmen "əsrin sövdələşməsi"nə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/Özəl-i357397-100_dən_çox_demokrat_konqresmen_əsrin_sövdələşməsi_nə_qarşı_çıxıb
107 demokrat konqresmen ABŞ prezidentinə məktubda "əsrin sövdələşməsi" ilə kəskin müxalifətini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2020 09:45 Asia/Baku

107 demokrat konqresmen ABŞ prezidentinə məktubda "əsrin sövdələşməsi" ilə kəskin müxalifətini bildirib.

Qeyd olunan konqresmenlər cümə günü ABŞ prezidenti Donald Trampa məktubda "əsrin sövdələşməsi" planının qərb sahilnin həmişəlik olaraq işğalına səbəb olacağını bildiriblər.

Bu məktubda Trampın planının ayrı-ayrı Fələstin koloniyalarının yaranması ilə nəticələnəcəyi və Fələstin dövlətini yaratmayacağı qeyd olunubdur.

Amerikalı konqresmenlər vurğulayıblar ki, Trampın planı ilə bağlı nigarançılığa səbəb olan məsələ budur ki, bu plan qərb sahilinin daimi işğalı yolunu qüdrətlə hazırlayır.