Fev 13, 2020 17:17 Asia/Baku
  • Suriya ordusunun Hələbin qərbindəki irəliləyişi davam edir

Suriya ordusu çərşənbə günü Hələbin qərb ətrafında yerləşən bir neçə bölgəni terrorçuların işğalından çıxarıbdır.

Suriya ordusunun qüvvələri Hələbin qərb ətrafında yerləşən “Şeyx Əli”, “Ərradə” və “Ərnaz” kəndlərini öz nəzarətləri altına alıblar.

Bu üç kənd beynəlxalq Hələb-Dəməşq avtomagistralı boyunca yerləşir.

Suriya ordusu çərşənbə günü Hələb-Dəməşq avtomagistralını tam şəkildə təmizləyibdir.

Hələbin cənub-qərb ətrafında da suriyalı qüvvələr öz əməliyyatlarını davam etdiriblər. Onlar Cibhətunnusrə terror dəstəsi ünsürlərinin “Kəfər Hələb” və “Miznaz” kəndləri yaxınlığındakı hücumlarını dəf ediblər.

Suriya ordusu son zamanlar terrorçuların İdlib vilayətində atəşkəsi ardıcıl şəkildə pozmalarına cavab olaraq, bu bölgədə hərbi əməliyyata başlayıb və indiyədək bu vilayətin bəzi hissələrini öz nəzarəti altına ala bilibdir.

İdlib vilayəti terror dəstələrinin Suriyadakı sonuncu bazalarıdır. Bu vilayətin, həmçinin Hələbin qərbi və Laziqiyyənin şərqinin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakı yığışdırılacaqdır.

 

Teqlər