Rusiya Türkiyəyə cavab verdi
https://azeri.sahartv.ir/news/Özəl-i357697-rusiya_türkiyəyə_cavab_verdi
Rusiya Xarici İşlər Nazirliyi bilidirib ki,Türkiyə Böyük Millət Məclisinin iclasında Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının açıqlamalarını çaşqınlıqla qəbul etdik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2020 10:12 Asia/Baku
  • Rusiya Türkiyəyə cavab verdi
    Rusiya Türkiyəyə cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi bilidirib ki,Türkiyə Böyük Millət Məclisinin iclasında Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının açıqlamalarını çaşqınlıqla qəbul etdik.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "Dövlət Baxçalı Suriya Ərəb Respublikasında türk hərbçilərin həlak olmasının məsuliyyətini Rusiya və Suriya hökumətinin üzərinə qoymağa cəhd edib, ölkə rəhbərliyini Rusiya-Türkiyə münasibətlərini köklü olaraq yenidən nəzərdən keçirməyə çağırıb.

Hesab edirik ki, Suriyanın şimal-qərbindəki gərgin vəziyyət şəraitində təmkinli olmalı, eyni zamanda Suriya münaqişəsinin nizamlanması məsələsində ölkələrimizin konstruktiv dialoquna heç də kömək etməyən təxribatçı şərhlərdən çəkinmək lazımdır. Faciəvi hadisələrdən istifadə edərək daxili siyasi polemikada xal yığmağa cəhdləri yolverilməz hesab edirik.

Astana formatı çərçivəsində rəsmi Ankara ilə sıx təmasdayıq, İdlibdəki vəziyyəti sabitləşdirmək məqsədi ilə 17 sentyabr 2018-ci il tarixli Soçi Memorandumunun hərtərəfli həyata keçirilməsinin tərəfdarıyıq", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.