Fev 14, 2020 15:26 Asia/Baku
  • Bir fossil tısbağa aşkar edilib
    Bir fossil tısbağa aşkar edilib

Latın Amerikasında şirin sularda yaşayan sitopenemidis növündən olan tısbağanın bir avtomobil böyüklüyündə fossilləri aşkar edilib.

BBC-nin məlumatına görə, təxminlərə görə, 7-13 milyon il bundan öncə yaşamış tısbağa fossil Venesuelanın Oromakoy bölgəsində və Kolumbiyanın “Tatakoa” səhrasında tapılıb.

Sitopenemidis-in ilk fossilinin 1970-ci ildə aşkar edilməsinə rəğmən, bu dörd metrlik nəhəng tısbağa barəsində bir çox sirrlər mövcuddur.

Tədqiqatçılar bildiriblər ki, üçmetrlik bir tısbağanı və onun aşağı çənəsinin sümüyünü araşdırdıqdan sonra bu heyvanın qidalanma tərzi barədə məlumatla əldə ediblər. Onların qənaətnə görə, bu nəhəng tısbağanın timsahlarla yanaşı göllər və çaylarda yaşayırmış və kiçik heyvanlar, meyvələr, bitkilər və dənələrlə qidalanarmış.

Bundan öncə bu tısbağalardan birinin içərisində timsah dişi aşkar edilmişdi.

 

Teqlər