Fev 16, 2020 16:58 Asia/Baku
  • Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

APA-nın verdiyi məlumata görə debatda çıxış edən Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: 

"Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur".

Münhenə həqiqəti söyləmək üçün gəldiyini deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.

İlham Əliyev deyib: "Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını".

Azərbaycan Respublikası prezidenti deyib: “Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.

Ermənistan Baş nazirinin tarixi faktları təhrif edərək, söyləməsindən sonra Azərbaycan Prezidenti debatı belə yekunlaşdırıb: "Mən 19-cu əsrin əvvəllərdində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Amma onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə. Erməni xalqı öz müqəddəratını təyin etdi. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün dünyada başqa yer tapsınlar, Azərbaycanda yox".

 

Teqlər