Fev 16, 2020 21:16 Asia/Baku
  • Tramp hökumətinin İranın kosmik proqramı barədəki iddiası rədd olunur

ABŞ konqresinin təhqiqatlarına əsasən, Tramp hökumətinin İranın kosmik proqramının onun raket proqramı ilə əlaqəsi barədəki iddiası rədd olunur.

Vaşinqtonda yerləşən “Sülh araşdırma mərkəzi” bir hesabatda ABŞ konqresinin təhqiqat bölməsinə istinadla Tramp hökumətinin İranın raket və kosmik proqramları barədəki iddiasını rədd edərək, bildirib: Qitələrarası raketlər proqramı ilə kosmik proqramlardakı bənzərliklərə rəğmən, İranın kosmik səylərinin bu ölkənin raket proqramları ilə əlaqəsi yoxdur və qitələrarası raketlərin inkişaf etdirilməsi üçün bir çətir hesab olunmur.

Bu araşdırma mərkəzinin bildirdiyinə görə, ABŞ konqresinin təhqiqat bölməsinin məlumatında deyilir: Heç bir ölkə kosmik raket texnologiyaları yolu ilə öz qitələrarası raketlərini inkişaf etdirməyibdir.

İranın fevralın 9-da “Zəfər” araşdırma-sınaq süni peykini kosmosa göndərməsindən sonra Amerika hökuməti Tehranı BMT Təhlükəsizlik Şurasının nüvə başlıqlarını daşımaq qabiliyyəti ilə təchiz etmək məqsədilə ballistik raketlər üzərində işləməkdən çəkinməyə dair 2231 saylı qətnaməsini pozmaqda ittiham etdi.

Tehran rəsmiləri bildiriblər ki, İranın nə süni peyk daşıyıcıları, nə də ki, ballistik raketləri nüvə başlıqlarını daşımaq qabiliyyətinə malik olmaq üçün dizayn edilməyibdir.

 

 

Teqlər