Fev 21, 2020 12:45 Asia/Baku
  • Trampın keçmiş müşaviri 40 ay həbsə məhkum edilib
    Trampın keçmiş müşaviri 40 ay həbsə məhkum edilib

ABŞ-ın Kolumbiya bölgəsinin məhkəməsi dünən bu ölkənin prezidenti Donald Trampın keçmiş müşaviri və dostu Rocer Stounu konqresə yalan söyləmək və Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə iddia olunan müdaxiləsi işinə baxılması prosesində sabotaj törətmək kimi cinayətlər işləməsinə görə, 40 ay həbsə məhkum edibdir.

Amerikada regional məhkəmə hakimi Emi Berman Cekson məhkəmə iclasında deyib: Trampın yalanları və hərbi hərəkətləri Amerika demokratiyasına qarşı bir təhdid hesab olunur.

2016-cı il Amerika president seçkilərində Donald Trampın seçki qərargahının əsas üzvlərindən biri olan və onun yaxın dostlarından sayılan Rocer Stoun 2019-cu il oktyabr ayının ortalarında ona qarşı cərəyan edən bütün yeddi məhkəmə işində günahkar sayılıbdır.

Stoun onda ittiham olunurdu ki, beş halda konqresə yalan deyib və bir dəfə ehtimal olunan şahidlərin şəhadət vermələrinin qarşısını almağa və ya onların fikirlərini dəyişdirməyə, bir dəfə də ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsinin işlər baxması prosesini pozmağa çalışıbdır.

Tramp iddia edib ki, Rocer Stouna qarşı irəli sürülən ittihamlar ədalətsiz olub və bu ittihamların yenidən nəzərdən keçirilməsini istəyibdir.

 

 

Teqlər