DANX: İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib
https://azeri.sahartv.ir/news/Özəl-i358274-danx_İrana_gündəlik_istiqamətlər_üzrə_heç_bir_dəyişiklik_edilməyib
Azərbaycan Respublikasında hazırda koronavirusla bağlı vəziyyət stabildir, İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Bu barədə Azərbaycanlı rəsmilər məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2020 16:51 Asia/Baku
  • DANX: İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib
    DANX: İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib

Azərbaycan Respublikasında hazırda koronavirusla bağlı vəziyyət stabildir, İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Bu barədə Azərbaycanlı rəsmilər məlumat verib.

Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, iranla marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir  və İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib.

Azərbaycan Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov də bildirib ki, Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır.