Tramp hökuməti Venesuelaya qarşı neft sanksiyalarına qərar verib
Fev 26, 2020 00:03 Asia/Baku
Amerikanın Venesuela üzrə xüsusi nümayəndəsi deyib: Tramp Venesuelaya qarşı neft sanksiyalarını gücləndirmək qərarına gəlib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Elliot Abrams deyib: Venesuelaya qarşı neft sanksiyaları bu ölkə prezidenti Nikolas Madoroya təzyiq məqsədi ilə həyata keçirilir.
Abrams öncə də demişdi ki, Tramp Nikolas Madoronu kənarlaşdırmaq üçün Venesuelaya maksimum təzyiq siyasətini davam etdirəcək.
Son aylarda Amerika Venesuela dövlətinin müxaliflərini dəstəkləyərək bu ölkədə dövlət çevrilişini planlaşdırır.