Amerikada koronavirus yayılması artıb, Tramp isə medialara hücum edib
Amerika prezidenti Donald Trampın hökuməti dünən gecə bu ölkədə koronavirusun yayılması xəbərlərinin verilməsinin ardınca mediları qorxu hissi yaratmaqda ittiham edib.
Amerikada koronavirusa yoluxanların sayının 59-a yüksəlməsilə Tramp koronavirusun yayılması barədə bəhs etmək üçün xəstəliklərin profilaktikası və onlara nəzarət mərkəzinin məsul şəxslərilə mətbuat konfransının keçirilməsini istəyib. O, eyni zamanda mediaları maliyyə bazarlarında qorxu hissi yaratmaqda ittiham edib.
Amerikada xəstəliklərin profilaktikası və onlara nəzarət mərkəzi dünən “Diamond Princess” sərnişin gəmisindən düşmüş vətəndaşlar arasında koroanvirusa yoluxma üzrə altı yeni halın təsdiq olunduğunu bildirib. Qeyd edib ki, Amerikada bu virusa yoluxanların sayı 59 nəfərə çatıbdır.
Bu səhiyyə mərkəzi təsdiq edib ki, koronavirusa yoluxan şəxslər Amerikada 14 hala və Çinin Uhan şəhərindən Amerikaya daxil olan gəminin sərnişinləri arasındakı 45 nəfərə şamil olur.
Koronavirus ötən milad ilinin dekabr ayının sonlarında Çinin şərqində yerləşən Hubey əyalətinin Uhan şəhərində müşahidə olundu və hazırda bu ölkənin 30 əyalətindən əlavə, azı 30 ölkəyə, o sıradan Amerika, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.
Son statistikalara görə, indiyədək dünyada azı 80 min nəfər bu virusa yoluxubdur ki, onlardan təqribən 27 min nəfər sağalıb və xəstəxanadan buraxılıbdır. Təqribən iki min 700 nəfər də həyatını itiribdir.