İran və Rusiya prezidentləri Astana prosesinin gücləndirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/Özəl-i358637-İran_və_rusiya_prezidentləri_astana_prosesinin_gücləndirilməsini_vurğulayıblar
İran və Rusiya prezidentləri Suriya məsələsinin həlli və Asiyanın qərbində terrorizmin kökünün kəsilməsi üçün Astana prosesinin gücləndirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2020 16:27 Asia/Baku
  • İran və Rusiya prezidentləri Astana prosesinin gücləndirilməsini vurğulayıblar
    İran və Rusiya prezidentləri Astana prosesinin gücləndirilməsini vurğulayıblar

İran və Rusiya prezidentləri Suriya məsələsinin həlli və Asiyanın qərbində terrorizmin kökünün kəsilməsi üçün Astana prosesinin gücləndirilməsini vurğulayıblar.

İİR prezidenti Həsən Ruhani dünən Rusiya prezidenti Vladimir Putin ilə telefon söhbətlərində İdlibdəki son hadisələrə toxunub və deyib: İdlibdəki vəziyyət nigaranedicidir və tezliklə Astana razılaşmaları icra edilməlidir. 

İran prezidenti İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasına evsahibliyi etməyə hazır olduğunu bildirərək deyib: İdlibdəki vəziyyətin amerikanların Suriya mövzusundan su-istifadəsi üçün bəhanəyə çevrilməsinə imkan verilməməlidir. 

Bu telefon söhbətinə Rusiya prezidenti də Astana prosesi çərçivəsində Suriya  mövzusunun həlli istiqamətində əldə olunmuş razılaşmaları son dərəcə təsirli adlandırıb və deyib: Öz torpaqlarında terrorçularla mübarizə istiqamətində reaksiya göstərmək Suriya dövlətinin haqqıdır. 

RUHANİ VƏ PUTİN ASTANA PROSESİNİN GECLƏNDİRİLMƏSİNİ VURĞULAYIBLAR