İran koronavirus sahəsində ən şəffaf ölkələrdən olubdur
https://azeri.sahartv.ir/news/Özəl-i358677-İran_koronavirus_sahəsində_ən_şəffaf_ölkələrdən_olubdur
İran dövlətinin sözçüsü bildirib ki, bəzi ölkələr siyasi və iqtisadi məsləhətləri öz xalqlarının canlarından üstün bilirlər. Qeyd edib ki, İran İslam Respublikası koronavirus sahəsində ən şəffaf ölkələrdən olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2020 15:36 Asia/Baku
  • İran koronavirus sahəsində ən şəffaf ölkələrdən olubdur

İran dövlətinin sözçüsü bildirib ki, bəzi ölkələr siyasi və iqtisadi məsləhətləri öz xalqlarının canlarından üstün bilirlər. Qeyd edib ki, İran İslam Respublikası koronavirus sahəsində ən şəffaf ölkələrdən olubdur.

Əli Rəbii bu gün videokonfrans formasında keçirilən mətbuat konfransında bildirib ki, İran xalqının həyatı və sağlamlığının qorunması bütün məsələlərdən üstündür. O, deyib: İranın səhiyyə nazirliyi koronavirus epidemiyasının ilk şokundan sonra sürətlə vəziyyəti nəzarətə aldı.

"Qonşularla ticarət mübadilələri səhiyyə protokolları əsasında həyata keçirilir" deyən Rəbii bildirib ki, İran nümayəndələrinin qonşularla əlaqəsi fəallaşıb və sərhəd standartları da yüksəlibdir ki, bu ölkələr üçün bu əminlikvermə yaranmış olsun.

İran İslam Respublikasının nümayəndə heyətlərinin İraq, Türkiyə, BƏƏ və Əfqanıstan kimi ölkələrlə müzakirələrinə toxunan İran dövlətinin sözçüsü söyləyib: Hal-hazırda İraq gömrükləri açılıb və Tehra-Bağdad razılaşmasına əsasən, istehlakçıların arxayın olmalarından ötrü əmtəə mallarının izolyasiyası və bütün səhiyyə məsələlərinə riayət həyata keçirilir.

İRAN KORONAVİRUS SAHƏSİNDƏ ŞƏFFAF ÖLKƏLƏRDƏN OLUB