Türkiyə daha sərhədlərini mühacirlərin üzünə bağlamayacaq
https://azeri.sahartv.ir/news/Özəl-i358746-türkiyə_daha_sərhədlərini_mühacirlərin_üzünə_bağlamayacaq
Türkiyə prezidenti bildirib ki, Avropa Birliyi miqrantlar qarşısındakı məsuliyyətinə sadiq olmayıb. Qeyd edib ki, Ankara daha sərhədlərini mühacirlərin Avropaya daxil olmaları üçün bağlamayacaqdır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 03, 2020 08:44 Asia/Baku
  • Türkiyə daha sərhədlərini mühacirlərin üzünə bağlamayacaq

Türkiyə prezidenti bildirib ki, Avropa Birliyi miqrantlar qarşısındakı məsuliyyətinə sadiq olmayıb. Qeyd edib ki, Ankara daha sərhədlərini mühacirlərin Avropaya daxil olmaları üçün bağlamayacaqdır.

Rəcəb Tayyıb Ərdoğan bu sözləri bu gün səhər Bolqarıstanın baş naziri Boyko Borisov ilə birgə mətbuat konfransında deyib.

Türkiyə prezidenti miqrantlar dalğasından irəli gələn məsuliyətlərin bölünməsi barədə 2016-cı lin martında bağlanmış müqaviləyə sadiq qalmadığına görə, Avropa İttifaqını tənqid edib.

Ərdoğan həmçinin deyib ki, Türkiyə Avropanın təklif etdiyi bir milyard avroluq paketi qəbul etməyib və miqrantlara xərclədiyi 40 milyard dolları hər bir yolla əldə etməyə çalışır.

Türkiyə Suriya ərazisində öz hərbi əməliyyatına başladıqdan sonra Avropanı təzyiq altında qoymaqdan ötrü suriyalı qaçqınların keçmələri üçün özünün Avropa ilə sərhədlərini onların üzünə açıbdır.

Digər tərəfdən, Yunanıstan və Bolqarıstan da miqrantlar dalğası ilə mübarizə üçün ən kəskin tədbirlərə əl atıblar. Belə ki, onlar mühacirlərin keçmələrini əngəlləmək üçün sərhədlərdə zorakılıqdan istifadə edirlər.

Türkiyənin qaçqınların Avropa səmtinə yollarını açması barədəki iddiası nümayişkaranə və psixoloji bir savaşdır və Ankara bu məsələdən qeyri-insani sui-istifadə ilə/ avropalılardan mümkün qədər daha çox imtiyazlar almağa çalışır.

ƏRDOĞAN AVROPA İLƏ PSİXOLOJİ SAVAŞA BAŞLAYIB