Mart 06, 2020 21:26 Asia/Baku
  • Suriya ordusu İdlibdə atəşkəsin pozulmasına cavab verməyə hazırdır

Suriyanın SANA dövlət infromasiya agentliyi bu ölkə ordusunun İdlibdə atəşkəsin hər cür pozulmasına cavab verməyə hazır olmasından xəbər verib.

Bu məlumata görə, dünən Moskvada imzalanmış atəşkəs razılaşmasının icrasının ardınca İdlib vilayətinin cənubunda Suriya ordusunun bölmələri tərəfindən azad olunmuş bölgələr Səraqəb şəhərinin qərb mehvərinədək döyüşlərin dayanması və müxtəlif istiqamətlərdə asayişin şahididirlər.

Bu məlumata əsasən, İdlibdə asayişin bərqərarına rəğmən, Suriya ordusunun bölmələri terror qruplarının atəşkəsi pozmaq üzrə hər cür cəhdinə cavab verməyə tam şəkildə hazır olduqlarını bildiriblər.

 

SURİYA ORDUSU ATƏŞKƏSİN POZULMASINA CAVABA HAZIRDIR

Teqlər