Mart 07, 2020 13:00 Asia/Baku
  • ABŞ-da koronavirus tələfatı artıb
    ABŞ-da koronavirus tələfatı artıb

Dünən ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxmaya görə, yeni bir ölüm halının qeydə alınması ilə həmin ölkədə bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb.

Amerika Profilaktika və Xəstəliklərlə Mübarizə Mərkəzi də dünən bildiribdir ki, bu ölkədə 231 nəfər koronavirusa yoluxub və Amerikanın 20 ştatı bu virusa düçar olub.

Amerikada Donald Tramp hökumətinin koronavirus epidemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar artıb və hətta Vaşinqton ştatının qubernatoru KOVİD-19(COVID-19) epidemiyası təhlükəsinə görə, ştatda fövqəladə vəziyyət elan edibdir.

"Trusout"(Truthout) amerikan saytı son zamanlar Amerikada 28 milyon nəfərin sığorta xidmətlərindən məhrum olduğunu bildirərək, bu ölkədə koronavirus epidemiyasını bir faciə adlandırıbdır.

Digər tərəfdən, İtaliya hökuməti dünən gecə koronavirusun bu ölkədə törətdiyi tələfatın 197 nəfərə çatdığını bildirib.

İtaliya hazırda bu virusa yoluxma və həmin yoluxmadan irəli gələn tələfatın miqdarı cəhətdən Avropa ölkələri arasında ən yüksək göstəriciyiə malikdir.

Roma rəsmiləri İtaliyanın şimalında bir neçə şəhər və bölgəni karantinə alıblar.

 

ABŞ-DA KORONAVİRUS TƏLƏFATI ARTIB

Teqlər