İranda COVID-19-dan 1600 nəfərdən çox insan sağalıb
-
İranda COVID-19-dan 1600 nəfərdən çox insan sağalıb
İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 1669 nəfər sağalıb.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə deyib: İndiyədək İranda koronavirusa qəti yoluxma halı 5823 nəfərə, ondan irəli gələn ölüm halı isə 145 nəfərə çatıbdır.
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi isə bildiribdir ki, Amerikanın maliyyə nazirliyi İranın koronavirusa youxan xəstələrin müalicəsi məqsədilə satın aldığı dərmanlar və tibbi təchizatların ölkəyə köçürülməsinə icazə vermir.
Hoseyn Əmirəbdollahiyan öz tvitter səhifəsində Ağ Ev başçılarının İran xalqını hədəfə aldıqlarını vurğulayıb. Bildirib ki, Amerika rəsmiləri açıq şəkildə yalan danışırlar və humanitar sahə ilə bağlı sanksiyalarda heç bir dayandırılma baş verməyibdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi də bundan öncə ABŞ-ın dövlət katibi Mayk Pompeonun İrana səhiyyə və müalicə yardımlarının göndərilməsinə dair iddiasını təbliğat mahiyyətli və riyakarcasına bir hərəkət adlandırmış və vurğulamışdı ki, bu iddia siyasi qərəzlərlə və dünyanın ümumi fikrini aldatmaq üçün irəli sürülür.
İRANDA COVID-19-DAN 1600-DƏN ÇOX XƏSTƏ SAĞALIB