Mart 08, 2020 20:01 Asia/Baku
  • ABŞ-da koronavirus öz işini görür- heç Trampın vecinə deyil

ABŞ prezidenti bu ölkədə koronavirusun yayılmasına münasibətdə bildirib ki, bu məsələdən narahat deyildir.

Donald Tramp Braziliya prezidenti Jair Bolsonaru ilə birgə mətbuat konfransında deyib ki, hökumət koronavirusla mübarizə sahəsində fövqəladə bir fəaliyyət göstərib və ABŞ sərhədləri güclü şəkildə nəzarətdə saxlanır.

Trampın iddiasının qarşılığında Nyu-York Tayms qəzeti xəbər verib ki, Amerikada KOVİD-19(COVID-19)-a yoluxma halları artmaqdadır.

Bu ölkədə 437 nəfər koronavirusa yoluxub və koronavirus epidemiyasından irəli gələn qorxu hissi Nyu-York-Vaşinqton istiqamətində sərnişin daşınmasını dayandırıbdır.

ABŞ rəsmiləri bu epidemiya nəticəsində 19 nəfərin öldüyünü təsdiq ediblər.

Amerikanın bəzi ştatları da koronavirusun yayılması ilə, fövqəladə durum elan ediblər.

Son statistikalara görə, indiyədək dünyada yüz mindən çox insan bu virusa yoluxub. Bu da 3500 nəfərdən çox insanın ölümü ilə nəticələnibdir.

 

TRAMP ABŞ-DAKI KORONAVİRUS EPİDEMİYASINDAN NARAHAT DEYİL

Teqlər