Səud qırıcıları Yəmənin müxtəlif bölgələrini bombalayıblar
İnformasiya mənbələri bildiriblər ki, ötən sutka ərzində təcavüzkar səud qırıcıları azı 20 dəfə Yəmənin müxtəlif bölgələrini bombalayıblar.
Təcavüzkar səud qırıcıları 15 dəfə Yəmənin şimalında yerləşən Əlcuf vilayətinin "Xubb Vəlşəəf" bölgəsini bombalayıblar.
Bu məlumata görə, yenə şimalda yerləşən Səədə vilayəti də beş dəfədən çox bombardman edilibdir.
Həmçinin səud qırıcıları atəşkəsin pozmanın davamında Əlhudəydə vilayətində yerləşən Əlsəlif bölgəsini hədəfə alıblar.
Yəmən sülh müzakirələrinin dördüncü turu 2018-ci il dekabrın 6-dan yəmənli tərəflərin iştirakı və BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin sədrliyi ilə İsveçin Stokholm şəhərində başlandı və dekabrın 13-də Əlhudəydədə atəşkəs razılaşması ilə öz işini başa vurdu.
Səna və Ərriyad heyətləri arasında əldə olunmuş bu atəşkəs 2018-ci il dekabrın 18-i səhər tezdən Yəmənin Əlhudəydə vilayətində başlandı, lakin səud koalisiyası hər gün onu pozur.
Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni hava, dəniz və qurudan mühasirəyə alıbdır. Ərriyadın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə gətirib çıxarıbdır.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdiribdir.
SƏUD QIRICILARI YƏMƏNİN MÜXTƏLİF BÖLGƏLƏRİNİ BOMBALAYIBLAR