Mart 11, 2020 12:00 Asia/Baku
  • Tramp Bin Salmanın cəsarət tapmasından qəzəblidir
    Tramp Bin Salmanın cəsarət tapmasından qəzəblidir

Tramp belə qənaətə gəlib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Bin Salmana etibar etmək onun ziyanı ilə nəticələnəcək.

Ali-Səud xanədanının pərdə arxası sirlərini ifşa edən şəxs yazıb: Səudiyyə Ərəbistanının vəliəhdinin şahzadələri həbs etmək və neft istehsalını artırmaqdakı son ehtiyatsız hərəkətləri amerikanları qəzəbləndirib və Trampı ABŞ prezident seçkiləri ərəfəsində Bin Salman üzərində hesab açmağın onun zərərinə olacağı qənaətinə gətirib. 

Müctehid öz silsilə tvittlərində yazır: Bin Salmana yaxın adamlar proqnoz edirlər ki, o Amerikanın təzyiqlərinə reaksiyada həbs etdiklərini azadlığa buraxacaq amma bu təzyiqlər qarşısında onun müqavimət göstərməsi ehtimalı böyükdür. Xüsusiylə ona görə ki, bu Bin Salman üçün abır məsələsidir. Bin Slaman hələ də belə qənaətdədir ki, Trampa verdiyi milyardlarla dollar pul barədə ifşaçılıqla hədələmək Trampdan bac almasına zəmin yaradacaq. Bin Salman Trampı amerikan qurumların mövqelərini rədd etməklə razılaşdıracağını da düşünür. Amma Tramp Bin Salmanın cəsarət tapmasından nigarandır və onun üzərində hesab açmaqla zərər edəcəyini düşünür. Xüsusiylə də qarşıda prezident seçkiləri var və bu Amerikada iqtisadiyyata xüsusi ilə də Nyu-York birjasına təsir edəcək və Bin Salmanın rəftarı da bu proseslərə ziyan vuracaq. 

Bin Salman amerikanların  Əhməd Bin Əziz ilə görüşünə mane ola bilmədi amma hələ ki, onu azad etməklə də razılaşmayıb, çünki Əhmədin Amerikanın dəstəyi ilə azadlığa buraxılması Bin Salmanın hakimiyyətə gəlməsi fürsətinin məhv olması demək olduğunu yaxşı bilir. Belə təqdirdə Əhməd daha güclü mövqedə duracaq və Bin Salmandan intiqam almaq istəyəcək. 

Tramp Bin Salmanın Putinə qarşı cəsarəti və neftin istehsalını artırmasından sonra əsəbiləşib, axı bu, Nyu-York birjasının pay itirməsinə səbəb oldu, hansı ki, Tramp həmişə bu birjanın rövnəqlənməsini öz nailiyyəti kimi təqdim edərək ona öyünür.

TRAMP BİN SALMANIN CƏSARƏT TAPMASINDAN QƏZƏBLİDİR

Teqlər