Əli Əsədov yaranmış iqtisadi vəziyyətin mürəkkəb olduğunu deyib
“Yaranmış qlobal iqtisadi vəziyyət mürəkkəbdir”. bunu bu ölkənin Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə Baş Nazir Əli Əsədov bildirib.
Ə. Əsədov deyib ki, Azərbaycanda vəziyyətə gündəlik əsasda nəzarət edilir və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır: “Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək. Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Nazir bildirib ki, Azərbaycanda strateji valyuta ehtiyatlar ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu 6 dəfə üstələyir. Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq”.