İranın amerikalı həkimlərə ehtiyacı yoxdur
-
İranın amerikalı həkimlərə ehtiyacı yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər ABŞ prezidenti Donald Trampın Vaşinqtonun koronavirusla mübarizə məqsədilə İrana kömək etməyə hazır olmasına dair iddiasına cavabda tvitter-də vurğulayıb ki, İran dünyada ən yaxşı, ən bacarıqlı və ən şücaətli müalicə kadrına malikdir və onun amerikalı həkimlərə ehtiyacı yoxdur.
Seyyed Əbbas Mousəvi Trampa xitabən vurğulayıb: Amerika riyakarcasına ürəkyandırma və iyrənc forsetmə yerinə, iqtisadi və ticari terrorizmi dayandırsın ki, dərman və tibbi ləvazimat İranın xalqı və müalicə işçilərinin əlinə çatmış olsun.
Mousəvi sonra Trampdan istəyibdir ki, Amerika xalqına kömək etsin.
Donald Tramp dünən Ağ Ev-də İrlandiyanın baş naziri ilə görüşün kənarında iddia edib ki, Amerika dünyanın ən yaxşı həkimlərinə malikdir və koronavirusla mübarizə üçün İrana yardım təklifini veribdir.
Seyyed Əbbas Mousəvi bundan öncə də ABŞ-ın dövlət katibi Mayk Pompeoya xitabən bildirmişdi ki, öz iqtisadi terrorizmi ilə İran xalqına qarşı geniş təzyiqlərə və hətta dərman və tibb ləvazimatlarının yolunun bağlanmasına bais olan bir ölkə tərəfindən koronavirusla mübarizə üçün İrana yardım iddiası gülünc bir iddia olaraq, siyasi-psixoloji bir oyundur.
İRANIN ABŞ HƏKİMLƏRİNƏ EHTİYACI YOXDUR