ABŞ Həşduşşəbi-nin mövqelərinə hava hücumu edib
-
ABŞ-ın Ohayo ştatında 100 min nəfər koronavirusa yoluxub
İraqlı mənbələr bu gün səhər amerikalı qırıcıların bu ölkənin Səlahəddin, Babil, Bəsrə, Kərbəla və Vasit vilayətlərində İraqın xalq səfərbər qüvvələri təşkilatı- Həşduşşəbi-nin mövqelərinə qarşı hava hücumundan xəbər veriblər.
İraqlı mənbələr bildiriblər ki, ABŞ qırıcıları geniş şəkildə İraq səmasında uçmaqdadırlar.
Hələ bu hücumun ehtimal üzrə törətdiyi xəsarətlər və tələfat barədə bir məlumat daxil olmayıbdır.
Röyters də iki ABŞ rəsmisinə istinadla bildirib ki, bu hücum çərşənbə günü gecə İraqda xarici hərbçilərin yerləşdikləri məkan olan Əltaci hərbi bazasına qarşı raket hücumuna cavab olaraq, həyata keçirilib.
Çərşənbə günü gecə İraqın Səlahəddin vilayətində yerləşən Əltaci hərbi bazasına qarşı keçirilən şübhəli raket hücumunda dörd amerikalı və ingilis hərbçi öldü, 26 hərbçi də yaralandı.
Amerika bu hücumdan dərhal sonra İraqın xalq səfərbər qüvvələri təşkilatı- Həşduşşəbi-ni onun amili kimi təqdim etdi, amma bu təşkilat açıq şəkildə bildirdi ki, onun həmin hücumda bir rolu olmayıbdır.
Amerika və sionist rejim indiyədək bir neçə dəfə Həşduşşəbi-nin İraq və Suriyanın müxtəlif bölgələrindəki mövqelərini hədəfə alıblar.
ABŞ HƏŞDUŞŞƏBİ-NİN MÖVQELƏRİNƏ HAVA HÜCUMU EDİB