Mart 22, 2020 14:23 Asia/Baku
  • Rəsmi London ingilis xalqını satış mərkəzlərinə hücum etməməyə çağırıb
    Rəsmi London ingilis xalqını satış mərkəzlərinə hücum etməməyə çağırıb

İngiltərə hökuməti zəruri ehtiyaclar çatışmazlığının şiddətlənməsi və bəzi əsas malların olmamasından irəli gələn nigarançılıqların artmasının ardınca bu ölkə xalqından istəyibdir ki, satış mərkəzlərinə hücumdan və həddən artıq alqıdan əl çəksin.

İngiltərənin ekologiya naziri Corc Yustis xalqın satış mərkəzlərinə basqın etməsinə işarə edərək, deyib: Xalq məsuliyyətli və alqı zamanı başqalarının, xüsusən bu günlərdə öz iş yerlərində olmağa məcbur olan səhiyyə və müalicə işçilərinin və digər işçilərin fikrində olsun.

Yustis bildirib ki, ölkədə yetərincə əmtəə malı var. O, sonra deyib: Həddən artıq alqı ilə başqalarının ehtiyac duyduqları malları ala bilmək imkanları əllərindən alınır.

İngiltərədə koronavirusun daha da genişlənməsindən qorxan insanlar bu günlər zəruri əmtəə mallarını almaq üçün satış mərkəzlərinə müraciət edirlər, amma sabun, tualet kağızı və dezinfeksiyaedici maddələr kimi zəruri gigiyena məhsulları olan rəflər boşdur. Müxtəlif konservlər və saxlama müddəti çox olan qida maddələri də demək olar ki, tapılmır.

İNGİLİS XALQINDAN MAĞAZALARA HÜCUM ETMƏMƏSİ İSTƏNİLİB

 

 

Teqlər