Məsciduləqsa bağlanıb- COVID-19 pandemiyasına görə
Qüds İslami Vəqflər Təşkilatı bildirib ki, COVID-19 pandemiyasının qarşısını almaq üçün Məsciduləqsa-nın qapıları bu gün səhər tezdən naməlum müddətədək bağlanıb.
Qüds İslami Vəqflər Təşkilatı bir açıqlamada bildirib ki, bu qərar Qüds şəhərində dini və tibbi mərkəzlərin tövsiyələrinə görə və COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə qəbul edilibdir.
Qüds İslami Vəqflər Təşkilatı sonra belə qeyd edib: Bu qərar insanların həyatı və sağlamlığını qorumaq üçün qəbul olunub, amma bununla belə, Məsciduləqsa-da azanın verilməsi davam edəcək.
Qüds İslami Vəqflər Təşkilatı koronavirus pandemiyası böhranını arxada qoymaq məqsədilə bütün fələstinliləri gigiyena qaydalarına riayət etməyə, həmrəylik və həmkarlığa çağıdıb.
Sionist rejimin səhiyyə nazirliyi ən son məlumatda bildirib ki, 1071 sionist koronavirusa yoluxub və onlardan 20 nəfərin vəziyyəti ağırdır. Bir nəfər də işğal olunmuşı Qüdsdə ölübdür.
Fələstin səhiyyə nazirliyi də COVID-19-a tutulan fələstinlilərin sayını 59 nəfər elan edibdir ki, onlardan 17 nəfər sağalaraq, xəstəxanadan buraxılıbdır.
COVID-19-A GÖRƏ, MƏSCİDULƏQSA BAĞLANIB